Cud Lou "Kreml sehrbazı" filmində Putinin rolunu oynayır
Film Culiano da Empolinin “Kreml sehrbazı” adlı kitabı əsasında çəkilir

Aktyor Cud Lou (Jude Law) "Kreml sehrbazı" filminin çəkiliş meydançasında Rusiya prezidenti Vladimir Putin kimi görünüb.
Film Riqada çəkilir. Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, filmin yaradıcıları məsləhətləşmələr üçün Kremllə əlaqə saxlamayıblar.
“Kreml sehrbazı” filmi Culiano da Empolinin “Kreml sehrbazı” adlı bədii kitabı əsasında çəkiləcək.
Kitabın filmə uyğunlaşdırılmasını fransız rejissor və ssenarist Olivier Assayas (Irma Vep, Clouds of Sils Maria, Personal Shopper) həyata keçirib. Kitabın süjeti 1990-cı illərdə, siyasi strateq Vadim Baranovun (Paul Dano) Rusiyanın gələcək prezidentinin müşaviri olduğu zaman cərəyan edir. Filmdə həmçinin Alisiya Vikander, Zak Qalifianakis və Tom Sturric də çəkiləcək.