09:34
Əməkdar artist Yadigar Muradovla vida mərasimi Şuşa Dövlət Musiqili Dram Teatrında keçiriləcək.
Bu barədə mərhumun oğlu Yaşar Muradov məlumat verib.
O bildirib ki, Yadigar Muradovla vida mərasimi bu gün saat 12:00-da Şuşa Dövlət Musiqili Dram Teatrında təşkil olunacaq.
Əməkdar artist Badamdar qəbiristanlığında torpağa tapşırılacaq.
***
07:31
Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Əməkdar artist Yadigar Muradov vəfat edib.
Bu barədə teatrın "Facebook" sosial media hesabında paylaşım edilib.
Bildirilib ki, o, müalicə aldığı xəstəxanada həyata gözlərini yumub.
Yadigar Muradov həm də ANS TV-də yayımlanan "Qulp" verilişində "Aşıq Yediyar" obrazı ilə tanınır.

Xatırladaq ki, səhhəti pisləşən 67 yaşlı Yadigar Muradov oktyabrın 4-də xəstəxanaya yerləşdirilmişdi. Yadigar Muradov onkologiyadan əziyyət çəkirdi.
1 dəqiqədən az