XƏBƏRLƏR / Mədəniyyət

Yadigar Muradov Milli Onkologiya Mərkəzinə köçürülüb

Bunu Əməkdar artistin oğlu Yaşar Muradov deyib

Yadigar Muradov Milli Onkologiya Mərkəzinə köçürülüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Atam Milli Onkologiya Mərkəzinə köçürülüb, boğazındakı şişlər beyinə gedən damarı sıxdığına görə qan beyinə laxta formasında gedir. Beyninə qan sızıb. Sağa-sola baxır, bədəni hərəkətsizdir, üz mimikası da yoxdur".

    Bunu "Oxu.az"a Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun oğlu Yaşar Muradov deyib.

    O bildirib ki, Yadigar Muradovun vəziyyəti ağırdır:

    "Bu vəziyyətdə də həkimlər əməliyyat edə bilmirlər. Təkcə ürəyi işləyir, başqa heç nə".