XƏBƏRLƏR / Mədəniyyət

Xalq artisti Roza Cəlilova vəfat edib YENİLƏNİB

96 yaşlı rəqqasə bu gün səhər saatlarında dünyasını dəyişib

Xalq artisti Roza Cəlilova vəfat edib YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 15:10

    Xalq artisti xoreoqraf-baletmeyster Roza Cəlilova ilə Təzə Pir məscidində vida mərasimi keçirilib.

    Vida mərasimində mərhumun ailə üzvləri, sənət dostları, Mədəniyyət Nazirliyinin əmakdaşları iştirak ediblər.

    Mərasimin ardınca cənazə dəfn olunmaq üçün "Qurd qapısı" qəbiristanlığına aparılıb.

    Qeyd edək ki, Roza xanım II Fəxri xiyabanda deyil, vəsiyyətinə əsasən, Qurd qapısı qəbiristanlığında - qardaşının yanında dəfn olunacaq.

    ***

    10:36

    Xalq artisti Roza Cəlilova vəfat edib.

    Bu barədə ailəsindən məlumat verilib.

    96 yaşlı rəqqasə bu gün səhər saatlarında dünyasını dəyişib.

    Qeyd edək ki, Roza Cəlilova 1929-cu ildə Qubada anadan olub. 1947-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirərək iki il M.F. Axundov adına Opera və Balet Teatrının balet truppasında çalışıb. 1949-cu ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblında fəaliyyət göstərib, 1965–1975-ci illərdə rəqs qrupuna rəhbərlik edib.

    Roza Cəlilova uzun illər xoreoqraf kimi çalışıb və 1989-cu ildə yaratdığı “Gülüstan” Mahnı və Rəqs Ansamblı ilə geniş tanınıb. Onun repertuarında Azərbaycan milli rəqsləri ilə yanaşı ərəb, fars, hind və digər xalqların rəqsləri də yer alıb. Səhnə fəaliyyəti dövründə Kanada, Çexoslovakiya, Efiopiya, Çin, ABŞ, Türkiyə, İraq, Mərakeş və digər ölkələrdə çıxış edib.