XƏBƏRLƏR / Mədəniyyət

Məşhur irlandiyalı müğənni Şineyd O'Konnor öldü

Bu barədə BBC məlumat yayıb

Məşhur irlandiyalı müğənni Şineyd O'Konnor öldü
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Məşhur irlandiyalı müğənni Şineyd O'Konnor vəfat edib.

    BBC xəbər verir ki, o, 56 yaşında dünyasını dəyişib.

    Müğənninin ölüm səbəbi hələlik məlum deyil.

    Şineyd O'Konnor 1990-cı ildə "Nothing Compares 2 U" albomu ilə dünya şöhrəti qazanıb. Onun ifa etdiyi mahnıya çəkilən klip 90-cı illərin ən məşhur videolarından biridir. 

    Müğənni 8 dekabr 1966-cı ildə Dublində anadan olub. Səkkiz yaşında valideynləri tərəfindən fiziki zorakılığa məruz qalıb. O, 15 yaşında mağazadan oğurluq etdiyi üçün uşaq evinə düşüb. Məhz uşaq evində musiqi yazmağa başlayıb.