“Evdə tək” filminin aktyoru Hollivudun “Şöhrət xiyabanı”nda
Bu barədə “Yahoo News” yazıb
“Evdə tək” filminin seriyalarında baş rolun ifaçısı, aktyor Makoley Kalkin Hollivudun “Şərəf xiyabanı”nda ulduza sahib olacaq.
Bu barədə “Yahoo News” yazıb.
Aktyor xiyabanda sayca 2675-ci ulduza layiq görüləcək. Təqdimat mərasimi dekabrın 1-nə təyin olunub. 43 yaşlı Kalkin 1990 və 1992-cü illərdə ekranlara çıxan “Evdə tək” seriyasından iki filmdə Kevin Makkalister rolu ilə məşhurdur.
Qeyd olunub ki, mərasimdə aktyoru dəstəkləməyə məşhur komediyada qəhrəmanın anasını canlandıran aktrisa Ketrin O’Hara, eləcə də aktrisa Nataşa Lionn gələcək.