Azərbaycan YUNESKO-nu Ermənistana missiya göndərməyə çağırır
Bu çağırış Parisdə Azərbaycan XİN müavini Elnur Məmmədovla qurumun baş direktoru Odri Azule görüşdə səslənib
Azərbaycan xarici işlər nazirinin müavini YUNESKO-nu Ermənistana faktiki missiya göndərməyə çağırıb.
Bu çağırış Parisdə YUNESKO Baş Konfransının 42-ci sessiyası çərçivəsində Elnur Məmmədovla qurumun baş direktoru Odri Azule arasında keçirilən görüşdə səsləndirilib.
Məmmədov Azulaya İrəvanın Qarabağda və müasir Ermənistan ərazisində Azərbaycan mədəni irsini məhv etməsi barədə məlumat verib.