XƏBƏRLƏR / Mədəniyyət

Tbilisidəki Azərbaycan Teatrı acınacaqlı vəziyyətdədir

Buna Gürcüstan Ombudsmanı Levan İoseliani diqqət çəkib

Tbilisidəki Azərbaycan Teatrı acınacaqlı vəziyyətdədir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Gürcüstan Ombudsmanı Tbilisidəki Azərbaycan Teatrı binasının vəziyyəti ilə bağlı narahatlıqlarını bildirib.

    "Milli azlıqların tam vətəndaş inteqrasiyasına nail olmaq üçün onların mədəniyyətlərini qorumaq və təşviq etmək vacibdir."

    Bu barədə Gürcüstan Ombudsmanı Levan İoselianinin 2025-ci il üçün ölkədə insan hüquq və azadlıqlarının vəziyyəti haqqında hesabatında deyilir.

    Sənəddə qeyd olunur ki, milli azlıqların mədəniyyətlərinin populyarlaşdırılmasına yönəlmiş tədbirlərin sayı məhdud olaraq qalır.

    Hesabatda deyilir: "Milli azlıqlar üçün mədəni əhəmiyyət kəsb edən və uzun illərdir gücləndirilməyə və bərpa olunmağa ehtiyacı olan binaların vəziyyəti problemli olaraq qalır. Təəssüf ki, bunlar arasında hətta 2025-ci ildə belə bərpa olunmayan Azərbaycan Dram Teatrı da var.

    Qeyd etmək lazımdır ki, Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı Tbilisidə Qorqasali küçəsi 1 ünvanında yerləşir. 150 ildən çox yaşı olan bu mədəniyyət müəssisəsinin binası uzun illərdir təhlükəli hesab olunur və onun bərpasının qeyri-mümkün olduğu bildirilir. Yeni teatr binasının təməli 27 oktyabr 2023-cü ildə qoyulsa da, tikinti işləri hələ başlamayıb.