Şuşada ənənəvi Xarıbülbül Beynəlxalq Musiqi Festivalı olacaq
Tədbir Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı keçirilir
Mayın 9-11-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Xarıbülbül Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
Üç gün davam edəcək festival çərçivəsində konsert proqramları, sərgilər və müxtəlif təqdimatlar olacaq.
Qeyd edək ki, Şuşa şəhəri 2023-cü ildə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib.
“Xarıbülbül” beynəlxalq musiqi festivalında TÜRKSOY-a daxil olan ölkələrin, türkdilli ölkələrin və region xalqlarının yaradıcı kollektivləri də iştirak edəcək.
Mayın 12-də isə “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı 2023” tədbirinin rəsmi açılışı olacaq.