Aygün Bəylərin cənazəsini Bakıya gətirən təyyarə yola düşüb
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat veriblər
“Dünən Türkiyənin Ankara şəhərində müalicə aldığı xəstəxanada vəfat edən Əməkdar artist Aygün Bəylərin cənazəsinin Azərbaycana gətirilməsi ilə bağlı sənədləşmə işləri aparılır”.
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat veriblər.
Qeyd olunub ki, vida və dəfn məsələlərinə təyyarə Bakıya çatdıqdan sonra qərar veriləcək: “Cənazə Aygün Bəylərin Suraxanıdakı evinə gətiriləcək”. Sözügedən reys Ankaradan 12:50-də qalxıb.
Qeyd edək ki, Aygün Bəylər uzun müddət idi onkoloji xəstəlikdən müalicə olunurdu.
Əməkdar artistin səhhəti ilə əladədar məsələlər ötən müddət ərzində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən Fond tərəfindən nəzarətə götürülmüşdü və müalicəsinə zəruri dəstək göstərilirdi.
Müalicəsinə yerli həkimlərlə yanaşı, xarici mütəxəssislərin də cəlb olunduğu Aygün Bəylər bir müddət əvvəl müvafiq müayinələrdən keçmək məqsədilə Türkiyəyə getmişdi. Lakin həkimlərin səylərinə baxmayaraq, Aygün Bəylərin səhhətində ağırlaşma baş vermiş və müğənninin həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkən sənətçi dünən gecə Türkiyədə vəfat edib.