“Muğam” Televiziya Müsabiqəsinin finalı Laçında keçiriləcək
Müsabiqənin finalı 25 avqust saat 15:00-da start götürəcək

Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə ərsəyə gələn IX “Muğam” Televiziya Müsabiqəsinin finalı Laçında keçiriləcək.
Müsabiqənin finalı 25 avqust saat 15:00-da start götürəcək.
Qeyd edək ki, Muğam Televiziya Müsabiqəsi Heydər Əliyev Fondunun dəstəyi ilə 2005-ci ildən keçirilir. Bu il müsabiqənin 20-ci ildönümüdür.