Azərbaycan "İnterviziya"da iştirak etməyəcək
Müsabiqə sentyabrın 20-də Rusiyada keçiriləcək

Azərbaycan Rusiyada keçiriləcək "İnterviziya" müsabiqəsində iştirak etməyəcək.
Bu barədə tədbirin təşkilatçılarının yaydıqları məlumatda deyilir.
Məlumatda qeyd olunur ki, BƏƏ də mahnı müsabiqəsində iştirak etməyəcək. Səbəb kimi daxili vəziyyət və hazırlıq üçün vaxt çatışmazlığı göstərilir.
Öz növbəsində, "İnterviziya"da iştirak edəcək ölkələrin siyahısı dərc edilib: Belarus Venesuela, Vyetnam, Misir, Hindistan, Qazaxıstan, Qətər, Keniya, Çin, Kolumbiya, Kuba, Qırğızıstan, Madaqaskar, Səudiyyə Ərəbistanı, Serbiya, ABŞ, Tacikistan, Özbəkistan, Efiopiya, Cənubi Afrika Respublikası.