Raşida Dati Fransanın mədəniyyət naziri təyin edilib
Ermənilərin nifrət etdiyi müsəlman qadın hər zaman Azərbaycana qarşı ədalətli mövqeyi ilə seçilib
Ermənilərin nifrət etdiyi müsəlman qadın Fransanın mədəniyyət naziri təyin edilib.
Ermənilər və onların fransız "asılqanları" üçün bu xəbər göydən düşən daş kimidir: Azərbaycanla da möhkəm və dostluq əlaqələri olan müsəlman Raşida Dati Fransanın mədəniyyət naziri təyin edilib.
Dati Azərbaycanın Dostları Assosiasiyası İdarə Heyətinin üzvüdür (Conseil d'administration de l'Association des amis de l'Azerbaïdjan). O, bir neçə dəfə Azərbaycanda olub, ölkəmizdə və regiondakı vəziyyəti yaxşı bilir
Hər zaman Azərbaycana qarşı ədalətli mövqeyi ilə seçilib, buna görə tez-tez erməni lobbisinin tənqid və təxribat hədəfinə çevrilib.