XƏBƏRLƏR / Mədəniyyət

Görkəmli yazıçımız Çingiz Hüseynov vəfat etdi

Bu barədə onun oğlu Həsən Hüseynov sosial şəbəkə hesabında məlumat paylaşıb

Görkəmli yazıçımız Çingiz Hüseynov vəfat etdi
Çingiz Hüseynov
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Görkəmli yazıçımız Çingiz Hüseynov 94 yaşında vəfat edib. Bu barədə onun oğlu Həsən Hüseynov sosial şəbəkə hesabında məlumat paylaşıb.

    1929-cu il aprelin 20-də Bakıda anadan olan yazıçı həm də tənqidçi, ədəbiyyatşünas və tərcüməçi olub. O, əsərlərini iki dildə - Azərbaycan və rus dillərində yazıb. 

    Qeyd edək ki, Çingiz Hüseynov İsraildə yaşayırdı.