"Eurovision"a analoq yaradılır
Bu barədə Rusiyanın Baş naziri Mixail Mişustin məlumat verib
Rusiyada "Eurovision" mahnı müsabiqəsinin analoqu yaradılır.
Rusiya mətbuatı xəbər verir ki, bu barədə ölkənin baş naziri Mixail Mişustin məlumat verib.
Müsabiqə "Intervision" adlanır. Mişustinin sözlərinə görə, ilk müsabiqə 2024-cü ildə Rusiyada keçiriləcək.
Daha əvvəl Rusiya Prezidenti Vladimir Putin bu təşəbbüslə bağlı MDB-dəki həmkarlarının “əlverişli reaksiyasına” ümid etdiyini bildirib.