XƏBƏRLƏR / Mədəniyyət

Aygün Bəylər vəfat etdi VİDEO

Aygün Bəylər xərçəng xəstəliyindən müalicə almaq üçün bir neçə gün əvvəl Ankaraya yollanmışdı

Aygün Bəylər vəfat etdi VİDEO
Aygün Bəylər
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Əməkdar artist Aygün Bəylər Türkiyənin paytaxtı Ankara şəhərində vəfat edib.

    Bu barədə Azərbaycanın Mədəniyyət Nazirliyindən bildirilib.

    Qeyd edək ki, Aygün Bəylər xərçəng xəstəliyindən müalicə almaq üçün bir neçə gün əvvəl Ankaraya yollanmışdı.

    Xatırladaq ki, Aygün Bəylər 22 avqust 1975-ci ildə Bakıda anadan olub. İlkin musiqi təhsilini Səttar Bəhlulzadə adına mədəniyyət sarayının musiqi məktəbində nağara sinfi üzrə alıb.

    1995-ci ildə Şövkət Ələkbərova adına ilk peşəkar musiqi kollektivini yaradaraq geniş konsert fəaliyyətinə başlayıb – televiziya, radio, böyük dövlət təbirləri və eləcə də, artıq ardıcıl şəkildə xaricdə Azərbaycan musiqi sənətini təmsil edib.

    2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzası ilə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb.