XƏBƏRLƏR / Mədəniyyət

“Çiçək ayın qatilləri” ilin ən yaxşı filmi seçilib

Sözügedən ekran əsərinin rejissoru Martin Skorsez isə “Ən yaxşı rejissor” kateqoriyasında mükafatın sahibi olub

“Çiçək ayın qatilləri” ilin ən yaxşı filmi seçilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ Milli Kino Tənqidçiləri Şurası tərəfindən keçirilən müsabiqədə “Çiçək ayın qatilləri” dramı ilin ən yaxşı filmi seçilib.

    Sözügedən ekran əsərinin rejissoru Martin Skorsez isə “Ən yaxşı rejissor” kateqoriyasında mükafatın sahibi olub.

    Müsabiqədə Paul Giamatti “Ən yaxşı aktyor”, Lili Qladstoun “Ən yaxşı aktrisa”, “Anatomy of a Fall” filmi “Ən yaxşı beynəlxalq film” nominasiyaları üzrə mükafata layiq görülüb.

    Paul Giamatti

    Lili Qladstoun