XƏBƏRLƏR / Mədəniyyət

Əməkdar artist Yadigar Muradovun vəziyyəti ağırdır

O, onkoloji xəstəlikdən əziyyət çəkir

Əməkdar artist Yadigar Muradovun vəziyyəti ağırdır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun vəziyyəti ağırdır.

    Bu barədə aktyorun oğlu Yaşar Muradov məlumat verib.

    Onun sözlərinə görə, atasının müalicəsi Mərkəzi Klinik Xəstəxanada davam etdirilir:

    "Təzyiqi düşüb, neçə gündür qızdırması çox yüksəkdir. Hissiyyatı tamamilə itib".

    Qeyd edək ki, Əməkdar artist onkoloji xəstəlikdən əziyyət çəkir.

    Xatırladaq ki, Yadigar Muradov həm də ANS TV-də yayımlanan "Qulp" verilişində "Aşıq Yediyar" obrazı ilə tanınır.