XƏBƏRLƏR / Mədəniyyət

8 yaşlı skripkaçı Dilşad İtaliyada Qran-pri qazanıb

Bülbül adına Musiqi Məktəbinin üçüncü sinfinin şagirdi Dilşad Fərhadzadə beynəlxalq müsabiqənin qalibi olub

8 yaşlı skripkaçı Dilşad İtaliyada Qran-pri qazanıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İstedadlı skripkaçı, Bülbül adına Musiqi Məktəbinin üçüncü sinfinin şagirdi Dilşad Fərhadzadə İtaliyanın Pinerolo şəhərində keçirilən "Сoncorso Internazionale di Violino Massimo Marin 2024" beynəlxalq müsabiqəsində Qran-pri qazanıb.

    Dilşad tanınmış musiqiçi və ekspertlərdən ibarət səriştəli münsiflər heyətindən maksimum 100 bal alıb.

    8 yaşlı skripkaçı təkcə müsabiqə proqramında deyil, həm də beynəlxalq müsabiqənin qala gecəsində iştirak edib.

    Gənc istedadın müəllimi Lalə Hüseynova deyir ki, Dilşad notları hərflərdən daha tez, 4 yaşından öyrənib. Ötən zaman ərzində o, Azərbaycan, ABŞ, Fransa, Macarıstan, Rusiya, Ukrayna, Avstriya, Yaponiya, İsveç və Sloveniyada 30-a yaxın milli və beynəlxalq müsabiqələrdə Qran-pri sahibi və laureat olub. Dilşad bunlardan birincisini hələ 5 yaşında ikən qazanıb.

    Dilşad, həmçinin, müxtəlif ölkələrin klassik orkestrləri ilə çıxış edərək, dünya və Azərbaycan klassiklərinin əsərlərini ifa edib.