XƏBƏRLƏR / Mədəniyyət

Azərbaycan kinosuna ağır itki

Azərbaycan kinosuna ağır itki
Məmməd Məmmədov
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın Xalq artisti, aktrisa Şəfiqə Məmmədovanın qardaşı, Rusiyanın Əməkdar incəsənət xadimi, rejissor, aktyor Məmməd Haşım oğlu Məmmədov Moskva şəhərində vəfat edib.

    Bu barədə "Azərbaycanfilm" kinostudiyasından məlumat verilib.

    Məmməd Məmmədov 1976-1989-cu illərdə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş bir neçə filmdə - "Vulkana doğru" (1977), "Anın quruluşu" (1980), "Bağlı qapı" (1981), "Üzeyir ömrü" (1981), "Gümüşü furqon" (1982), "Asif, Vasif, Ağasif" (1983), "Burulğan" (1986), "Təxribat" (1990) filmlərində əsas rolların ifaçısı olub.