Rusiyanın Pskov vilayətinin Velikiye Luki yaşayış məntəqəsindəki zavodunun ərazisində SSRİ lideri İosif Stalinə heykəl qoyulub.

"RİA Novosti" xəbər verir ki, 8 metrlik abidənin müəllifi heykəltəraş Mixail Krasilnikovdur.
Əvvəlcə Volqoqradda abidənin ucaldılması planlaşdırılırdı, lakin vilayət rəhbərliyinin mövqeyinə görə onu həyata keçirmək mümkün olmayıb.
1 dəqiqədən az