XƏBƏRLƏR / Mədəniyyət

“Tağıyev” çoxseriyalı filminin çəkiliş prosesi yekunlaşıb

Film mesenat və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edir

“Tağıyev” çoxseriyalı filminin çəkiliş prosesi yekunlaşıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Hacı Zeynalabdin Tağıyevin həyat hekayəsi əsasında çəkilmiş “Tağıyev” çoxseriyalı filminin çəkiliş prosesi yekunlaşıb.

    Filmdə mesenat və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyatı və fəaliyyəti barədə geniş və maraqlı məqamlar əsas götürülüb.

    Film Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən ekranlaşdırılıb.

    “Tağıyev”in tezliklə kinoteatrlarda nümayişi gözlənilir.

    Bununla yanaşı, ekran işinin xarici auditoriya üçün də nümayişi nəzərdə tutulub.