XƏBƏRLƏR / Mədəniyyət

Alen Delon vəfat edib

Aktyor 88 yaşında ailəsinin əhatəsində dünyasını dəyişib

Alen Delon vəfat edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Əfsanəvi fransız aktyoru, rejissor, prodüser, ssenarist olan Alen Delon vəfat edib.

    Aktyorun 88 yaşında Fransanın Duşi kommunasındakı evində üç uşağı və ailəsinin əhatəsində dünyasını dəyişdiyi qeyd edilir.

    1935-ci ildə dünyaya gələn Alen Delon 1957-ci ildən başlayaraq, kinoda şöhrət qazanıb. O, Lukino Viskonti və Mikelancelo Antonioni kimi böyük rejissorların filmlərində çəkilib, Romi Şnayder və Jan-Pol Belmondo ilə tərəf-müqabil olub, “Rokko və onun qardaşları”, “Macəraaxtaranlar”, “Leopard”, “Samuray”, “Zorro”, “Qara zanbaq”, “Yaramazın ölümü” və sair filmlərdə unudulmaz obrazlar yaradıb.