XƏBƏRLƏR / Mədəniyyət

Xalq artisti Sərdar Fərəcov reanimasiyaya yerləşdirilib

Xalq artistinə kəskin miokard infarktı, mədə-bağırsaq qanaması və kəskin ürək çatışmazlığı diaqnozları qoyulub

Xalq artisti Sərdar Fərəcov reanimasiyaya yerləşdirilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Xalq artisti Sərdar Fərəcov Mərkəzi Neftçilər Xəstəxanasına hospitalizasiya olunub.

    Bu barədə TƏBİB-dən məlumat verilib.

    Bildirilib ki, Xalq artistinə kəskin miokard infarktı, mədə-bağırsaq qanaması və kəskin ürək çatışmazlığı diaqnozları təyin olunub:

    "Zəruri laborator və instrumental müayinələr icra olunub. Hazırda onun müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Xəstənin ümumi vəziyyəti ağır olaraq qiymətləndirilir. Huşu aydın, hemodinamik göstəriciləri stabildir".