XƏBƏRLƏR / Mədəniyyət

Heykəltəraş Zurab Sereteli vəfat edib

Bu barədə TASS xəbər yayıb

Heykəltəraş Zurab Sereteli vəfat edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • SSRİ Xalq rəssamı, gürcü heykəltəraş, Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Sereteli vəfat edib.

    TASS xəbər verir ki, bu barədə heykəltəraşın köməkçisi Sergey Şaqulaşvili xəbər verib.

    Qeyd edək ki, heykəltəraş 91 yaşında dünyasını dəyişib.

    Xatırladaq ki, Zurab Sereteli 1934-cü ildə Tiflisdə anadan olub. O, 500-dən çox rəsm, heykəl, qrafika, pano və sair incəsənət nümunələrinin müəllifi olub.