XƏBƏRLƏR / Mədəniyyət

Kino Agentliyinə baş direktor təyin edilib

Rəşad Əzizov son təyinatadək Mədəniyyət Nazirliyində şöbə müdiri olub

Kino Agentliyinə baş direktor təyin edilib
Rəşad Əzizov
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyinə baş direktor təyin olunub.

    Bu vəzifəyə mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Rəşad Əzizov təyinat alıb. 

    Rəşad  Əzizov 1980-ci ildə Bakı şəhərində anadan olub. 1996-2002-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində bakalavr və magistr, 2003-ci ildən isə Sankt Peterburq Dövlət Universitetndə aspirantura və doktorantura pillələri bititrib. 2017-ci ildə “İnternet şəbəkəsində hüquqi tənzimləmə: müqayisəli və tarixi-hüquqi tətqiqat” mövzusuda elmi işi müdafiə edərək hüquq elmləri doktoru elmi dərəcəsini alıb. 2022-23-cü illərdə Milan Politexnik Universitetində Dövlət qulluğunda süni zəkanın istifadəsi üzrə magistr dərəcəsi alıb. 

    2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

    R.Əzizov əvvəllər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində çalışıb..

    Son təyinatadək Mədəniyyət Nazirliyi Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri vəzifəsində çalışıb.