XƏBƏRLƏR / Mədəniyyət

Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı başlayır

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib

Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı başlayır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan peşəkar musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəyliyə həsr olunmuş XVII Beynəlxalq Musiqi Festivalı başlayır.

    Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Türk Mədəniyyəti və İrsi Fondu, eləcə də İCESCO-nun dəstəyi ilə reallaşacaq təsbir sentyabrın 18-də start götürəcək.

    Bakı, Sumqayıt, Şuşa, Gəncə, Ağcabədi, Naxçıvan və Qazax şəhərlərində keçiriləcək festival çərçivəsində möhtəşəm konsertlər, tamaşalar, sərgilər, elmi simpozium və ustad dərsləri təşkil olunacaq.

    Tədbirdə Azərbaycan musiqiçiləri ilə yanaşı, Türkiyə, ABŞ, Almaniya, Fransa, İsveçrə, Koreya və digər ölkələrdən tanınmış ifaçılar və musiqişünaslar çıxış edəcəklər.

    Festival sentyabrın 28-dək davam edəcək.