XƏBƏRLƏR / Mədəniyyət

Azərbaycanlı rejissor Hollivudda mistik triller çəkib VİDEO

Rüstəm Vəkilov ABŞ-da yaşayan bəstəkar Mikayıl Vəkilov və rejissor Sevinc Kərimovanın oğludur

Azərbaycanlı rejissor Hollivudda mistik triller çəkib VİDEO
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycanlı rejissor Hollivudda ilk tammetrajlı bədii filmə rejissorluq edir.

    Ötən gün Los-Ancelesdə rejissor Rüstəm Vəkilovun “Cəhənnəm qəzəbi yoxdur” mistik triller filminin premyerası olub.

    VİDEO

    Hollivud tarixində ilk dəfə olaraq azərbaycanlı rejissor - Cənubi Kaliforniya Universitetinin (USC) Kino Sənəti fakültəsinin məzunu Rüstəm Vəkilovun rejissorluğu ilə tammetrajlı bədii film çəkilib.

    Rüstəm Vəkilovun "Cəhənnəm qəzəbi yoxdur" debüt işi Los-Ancelesdə premyerası müvəffəqiyyətlə keçən fövqəltəbii trillerdir; film tezliklə ABŞ və Avropada böyük ekranlara çıxacaq.

    Ssenari müəllifi Dennis J. Wilderdir. Süjet yeni doğulmuş uşağının itkisinin öhdəsindən gəlməyə və evliliyini xilas etməyə çalışan Mayls Kroufordun canlandırdığı kədərli psixiatr Aidan ətrafında cəmlənir.

    Lakin həyatında getdikcə daha çox narahat edən hadisələr cərəyan etməyə başlayır: onun xəstələrindən biri vəhşicəsinə öldürülür və klinikada müəmmalı yeni işçi peyda olur. Aidan həm ailəsini, həm də bağlanma təhlükəsi ilə üzləşən psixiatriya müəssisəsini xilas etməlidir.

    "Rüstəm Vəkilovun rejissorluğu ilə "Hell Hath No Fury" reallıqla o dünya arasındakı sərhədlərin silindiyi gərgin, atmosferli film yaradır. Rejissorun baxışı Uaylderin ssenarisini intriqa və emosional dərinliklə dolu kino təcrübəsinə çevirir", - S.Kərimova qeyd edir.

    Sevinc Kərimovanın sözlərinə görə, layihənin xüsusi qüruru Azərbaycan bəstəkarı Mikayıl Vəkilovun (“Karvan” qrupunun hitlərinin müəllifi – red.) yazdığı saundtrekdir ki, onu “Bakı Payızı 2023” müsabiqəsinin finalçısı Nazilə Əliyeva ifa edib və Hollivudda səslənən ilk azərbaycanlı müğənni olub.