2023-cü ildə Azərbaycan ABŞ-a 311 mln dollar sərmayə qoyub
Bu və başqa xarici investisiyalar haqda MB Statistika Departamentinin direktoru Samir Nəsirov brifinqdə danışıb
2023-cü ildə Azərbaycanın neft-qaz və qeyri-neft-qaz sektoruna ümumilikdə 6,7 milyard ABŞ dolları həcmində birbaşa xarici investisiya yatırılıb. Kapital repatriasiyası isə 6,9 mlrd. dollar təşkil edib.
Bunu Azərbaycan Mərkəzi Bankının Statistika Departamentinin direktoru Samir Nəsirov brifinqdə deyib.
Onun sözlərinə görə, ölkəyə gələn birbaşa xarici investisiyalar üzrə birinci yeri Birləşmiş Krallıq (1,9 mlrd. ABŞ dolları), ikinci yeri Türkiyə (1,3 mlrd. ABŞ dolları), üçüncü yeri Kipr (792 milyon ABŞ dolları), dördüncü yeri Rusiya (617 milyon ABŞ dolları), beşinci yeri İran (396 mln. ABŞ dolları) tutub.
"Azərbaycandan xaricə yatırılan birbaşa xarici investisiyalar isə cəmi 3,1 milyard ABŞ dolları olub. Ən çox birbaşa xarici investisiya Türkiyə (1,8 mlrd. dolları), ABŞ (311 milyon dolları) və Böyük Britaniyanın (157 milyon dolları) payına düşüb”- AMB rəsmisi qeyd edib.