XƏBƏRLƏR / İqtisadiyyat

Bakı və Aşqabad əməkdaşlıq məsələlərini müzakirə ediblər

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Nökərqulu Ataquliyev ilə görüşüb

Bakı və Aşqabad əməkdaşlıq məsələlərini müzakirə ediblər
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakı və Aşqabad enerji və nəqliyyat sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

    Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Nökərqulu Ataquliyev ilə görüşüb.

    Nazir "X" şəbəkəsində yazıb: "Görüş zamanı ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğuladıq. Həmçinin ikitərəfli əməkdaşlığın strateji prioritetlərini, eləcə də enerji, nəqliyyat, logistika, tranzit və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik".