Milli Məclis ATƏT PA ilə birgə konfrans keçirir
Konfransda ATƏT PA-nın Prezidenti xanım Marqareta Sederfelt, Monteneqro Parlamentinin sədri xanım Daniyela Curoviç və digər şəxslər iştirak edir
Bakıda “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda konfrans başlayır. Konfrans Milli Məclis və ATƏT Parlament Assambleyasının birgə təşkilatçılığı ilə keçirilir.
Konfransda Milli Məclisin sədri Sahibə Qafarova, ATƏT PA-nın Prezidenti xanım Marqareta Sederfelt, Monteneqro Parlamentinin sədri xanım Daniyela Curoviç, ATƏT PA-nın Baş katibi Roberto Montella və digər qonaqlar iştirak edir.
Konfrans çərçivəsində “Dayanıqlı inkişaf və iqtisadiyyatın bərpasında yaşıl konsepsiya və texnologiyaların rolu” və “Dayanıqlı inkişaf naminə beynəlxalq nəqliyyat və ticarətin asanlaşdırılması vasitəsilə təchizat zəncirlərinin davamlılığının gücləndirilməsi” mövzusunda panel müzakirələri keçiriləcək.