XƏBƏRLƏR / Neft və Qaz

2025-2028-ci illər üçün neftin qiyməti üzrə proqnoz

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi xəbər verir

2025-2028-ci illər üçün neftin qiyməti üzrə proqnoz
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2025-2028-ci illər üçün neftin orta qiyməti üzrə proqnozunu yeniləyib.

    “Fitch”in baza proqnozuna istinadən xəbər verir ki, “Brent” etalon markalı neftin bir barelinin qiymətinin 2025-ci ildə 70 ABŞ dolları, 2026-cı ildə - 65 dollar, 2027-ci ildə - 65 dollar (proqnozlar göstəricilər dəyişməyib), 2028-ci ildə isə 60 dollar səviyyəsində olacağı ehtimal olunur.

    Proqnoza əsasən, WTI etalon markalı neftin qiyməti 2025-ci ildə 65 ABŞ dolları, 2026-cı ildə - 60 dollar, 2027-ci ildə - 60 dollar (proqnoz-göstəricilər dəyişməyib), 2028-ci ildə isə 57 dollar təşkil edəcək.

    Hesabatda qeyd olunur ki, 2024-cü ildə “Brent”in orta qiyməti 80,5 dollar, WTI-in qiyməti isə 76,6 dollar olub.