Azərbaycan Avropaya ixrac etdiyi qazdan nə qazanıb
Eurostat 2022-ci ilin yekunlarına görə hesabat yayıb
Azərbaycan Aİ-yə 15 milyard avro dəyərində qaz ixrac edib.
Eurostat-ın məlumatına görə, 2022-ci ilin yekunlarına görə, Azərbaycan Aİ ölkələrinə 15,6 milyard avroya təbii qaz ixrac edib.
Qaz idxalına görə birinci yeri buna 13,2 milyard avro xərcləyən İtaliya tutur. İkinci yerdə 1,9 milyard avro ilə Yunanıstan, üçüncü yerdə Bolqarıstan (383 milyon avro) qərarlaşıb.
Ötən il Azərbaycan qazının ixracı 22,3 milyard avroya (artım 18%) yüksəlib. Avropa ölkələri 11,4 milyard kubmetr idxal edib ki, bu da 2021-ci illə müqayisədə təxminən 40% çoxdur.