SOCAR Abu Dabi şirkətilə “Abşeron” layihəsini müzakirə edib
ARDNŞ və Abu Dabi Milli Neft Şirkəti 2023-cü ildə Fransanın “TotalEnergies” şirkətindən Qaz-kondensat yatağının 30% alıb
SOCAR ADNOC ilə Abşeron qaz layihəsinin tammiqyaslı işlənməsini müzakirə edib
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Abu Dabi Milli Neft Şirkəti (ADNOC) İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində “Abşeron” layihəsinin həyata keçirilməsi və onun tammiqyaslı inkişafı məsələlərini müzakirə ediblər.
Bu barədə SOCAR-ın prezidenti Rövşən Nəcəf "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
“ADNOC-un Aşağı Karbon Həlləri və Beynəlxalq İnkişaf üzrə İcraçı Direktoru Musabbe Al Kaabi ilə strateji dialoqda iştirak etdim. Biz Abşeron layihəsinin gedişatını, onun tammiqyaslı inkişafını müzakirə etdik və bu sahədə gələcək əməkdaşlıq üçün potensial imkanları araşdırdıq" - deyə R.Nəcəf qeyd edib.
Qeyd edək ki, ötən ilin dekabrında SOCAR və ADNOC arasında strateji əməkdaşlıq haqqında saziş imzalanıb. Saziş ətraf mühitin mühafizəsi sahəsində SOCAR və ADNOC arasında birgə fəaliyyətin daha da genişləndirilməsini, o cümlədən mavi hidrogen, geotermal enerji və karbon emissiyalarının idarə edilməsi sahəsində əməkdaşlıq məsələlərini nəzərdə tutur.
2023-cü ilin avqustunda ADNOC SOCAR və Fransanın “TotalEnergies” şirkəti ilə “Abşeron” qaz-kondensat yatağında 30% payın alınmasına dair müqavilə imzalayıb.