Rusiya qazı İrana Azərbaycan üzərindən nəql ediləcək
Bunu TASS-a müsahibəsində İslam Respublikasının Rusiyadakı səfiri Kazem Cəlali deyib

İran ümid edir ki, Rusiya qazının yaxın vaxtlarda Azərbaycan üzərindən nəqlinə başlanılacaq, “Qazprom”la demək olar ki, bütün məsələlər artıq həll olunub. Bunu TASS-a müsahibəsində İslam Respublikasının Rusiyadakı səfiri Kazem Cəlali deyib.
İranın Moskvadakı səfiri: Rusiyadan qaz yaxın vaxtlarda gətiriləcək
"Ümid edirik ki, bu, yaxın gələcəkdə mümkün olacaq. Hazırda "Qazprom"la danışıqlar aparırıq, demək olar ki, bütün məsələlər artıq həll olunub. Amma qiymətlə bağlı ümumi dil tapmaq lazımdır. Əgər bu məsələ də həll olunarsa, o zaman hər şey işə düşəcək", - deyə o, sualı cavablandırıb.
Bundan əvvəl Rusiyanın energetika naziri Sergey Tsivilev Rusiya və İran arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 18-ci iclası zamanı bildirib ki, Rusiya qazının mövcud infrastruktur vasitəsilə Azərbaycan üzərindən ilk tədarükü 2025-ci ildə başlayacaq, həcmi ildə 1,8 milyard kubmetr təşkil edəcək.