Azərbaycan nefti yenidən bahalaşıb
"Azeri Light"ın 1 barelə olan qiyməti 1,8% artıb
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti yenidən bahalaşıb.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,57ABŞ dolları və ya 1,8% artaraq 88,90 ABŞ dolları təşkil edib.
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2023-ci ilin oktyabr müqaviləsinin dəyəri 0,16% artaraq 1 barelə görə 85.28 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin sentyabr ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,25% artaraq 81.75 dollara bərabər olub.