XƏBƏRLƏR / Neft və Qaz

"Lukoil" dünyanın ən böyük neft yataqlarından birini itirir

"Reuters"in məlumatına görə, İraq hökuməti Rusiya şirkətini ölkədən çıxarmaq qərarına gəlib

"Lukoil" dünyanın ən böyük neft yataqlarından birini itirir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İraq hökuməti 75%-i Rusiyanın "Lukoil" şirkətinə məxsus olan Qərbi Qurna-2 yatağını milliləşdirmək qərarına gəlib.

    Reuters agentliyinin məlumatına görə, yatağın idarəçiliyi bir il müddətinə dövlətə məxsus "Basra" Neft Şirkətinə veriləcək və şirkət əmək haqqı və podratçıların ödənişini öz üzərinə götürəcək. Bu müddət ərzində İraq hakimiyyəti yeni sahib tapmağı planlaşdırır.

    Oktyabr ayında Donald Tramp "Lukoil" və "Rosneft" şirkətlərinə qarşı sanksiyalar tətbiq edib. ABŞ-ın tələblərinə əsasən, Rusiya şirkəti 17 yanvar tarixinə qədər xarici aktivlərini satmalıdır.