XƏBƏRLƏR / Neft və Qaz

Ermənistana qaz tədarükü bərpa edilib

Bu barədə “Qazprom Ermənistan” məlumat yayıb

Ermənistana qaz tədarükü bərpa edilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “Qazprom” Rusiya qazının Ermənistana tədarükünü bərpa edib.

    Ermənistan KİV-i xəbər verir ki, bu barədə “Qazprom Ermənistan” məlumat yayıb.

    Şirkətdən bildirilib ki, qazın verilişi bu gün səhər saat 06:00-dan bərpa edilib.

    Daha əvvəl tədarükün müvəqqəti dayandırılmasının Gürcüstan ərazisində qəza-bərpa işlərinin aparılması zərurəti ilə əlaqədar olduğu bildirilmişdi.