XƏBƏRLƏR / Neft və Qaz

Neft ucuzlaşır

“Brent” neftinin ixracına dair 2025-ci ilin iyun müqaviləsinin dəyəri 0,11% azalıb

Neft ucuzlaşır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin may fyuçerslərinin qiyməti, saat 09:14-ə olan məlumata görə, bir barel üçün 73,4 ABŞ dolları təşkil edir ki, bu da əvvəlki hərracların bağlanış qiymətinə nisbətən 0,23 ABŞ dolları (0,31 %) azdır.

    Bu müqavilələrin qiyməti martın 22-də 0,4 ABŞ dolları ucuzlaşaraq 73,63 dollar/barel təşkil edib.

    Ümumiyyətlə, may fyuçersləri ilə hərraclar bazar ertəsi bazarın bağlanması ilə başa çatacaq. Daha aktiv ticarət edilən iyun kontraktları isə 0,26 ABŞ dolları (0,36 %) azalaraq 72,5 dollar/barel səviyyəsinə düşüb.

    Nyu-York Əmtəə Birjasında (NYMEX) elektron hərraclarda WTI markalı neftin may fyuçersləri 0,3 ABŞ dolları (0,43 %) ucuzlaşaraq bir barelə görə 69,06 ABŞ dolları təşkil edib. Əvvəlki sessiyanın yekunlarına görə, bu kontraktların dəyəri 0,56 ABŞ dolları azalaraq 69,36 dollar/barel olub.

    "OPEC+" ölkələrinin hasilatı artıracağına dair gözləntilər və ABŞ-ın idxal rüsumlarının tətbiqinin nəticələri ilə bağlı narahatlıqlar neft qiymətlərinə təzyiq göstərir.

    "OPEC+" aprel ayında hasilatın tədricən artırılmasına başlamaq niyyətindədir. Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib ki, bu, tələb artdıqca bazarın tədricən doymasına imkan verəcək.

    Bu arada ABŞ-ın digər ölkələrdən gələn mallara “güzgü tarifləri” çərşənbə günündən etibarən qüvvəyə minməlidir. Bu perspektiv iqtisadi artımı yavaşlada və enerji tələbini məhdudlaşdıra biləcək qlobal ticarət müharibəsi ilə bağlı investorlar arasında narahatlığı artırıb.