OPEC+ dünya neft bazarındakı vəziyyəti müzakirə edəcək
İclas bu gün baş tutmalıdır
OPEC + Nazirlər Monitorinq Komitəsi (JMMC) oktyabrın 4-də dünya neft bazarındakı vəziyyətə və alyans ölkələrinin hasilat öhdəliklərini yerinə yetirməsinə baxacaq iclas keçirəcək.
OPEC-in məlumatına görə, eyni gündə yeddi OPEC+ ölkəsinin - Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Küveyt, Qazaxıstan, Əlcəzair və Omanın iclası keçiriləcək.
Sentyabrın 6-da keçirilmiş əvvəlki iclasda bu ölkələr oktyabr üçün müəyyən edilmiş istehsal səviyyələrini saxlamaq barədə razılığa gəlmişdilər. İştirakçılar həmçinin əldə olunmuş razılaşmalara riayət etmək və əvvəllər icazə verilən hər hansı artıq istehsalı kompensasiya etmək niyyətlərini təsdiqləyiblər.
OPEC+ Nazirlər Monitorinq Komitəsi alyansın istehsal öhdəliklərinə əməl olunmasına nəzarət edir və neft bazarının vəziyyətini izləyir. JMMC, lazım gələrsə əlavə, iclas çağıra və ya OPEC+ nazirlərinin iclasının keçirilməsini tövsiyə edə bilər.
1 dəqiqə