XƏBƏRLƏR / Neft və Qaz

Azərbaycan neft məhsullarının ixracını kəskin azaldıb

Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər belə deməyə əsas verir

Azərbaycan neft məhsullarının ixracını kəskin azaldıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan 309 018,55 min ABŞ dolları dəyərində 495 484,05 ton neft məhsulları ixrac edib.

    Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilərə görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2023-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 40,3%, həcmi isə 40,7% azalıb.

    Xatırladaq ki, ötən il Azərbaycan 572 210,25 min ABŞ dolları dəyərində 925 225,07 neft məhsulları ixrac edib.

    Qeyd edək ki, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2022-ci ilin göstəricisi ilə müqayisədə 8,5%, həcmi isə 20% artıb.