Azərbaycan nefti ucuzlaşıb
Həftə ərzində ən yüksək göstərici (I gün) – 95,54 dollar təşkil edib, ən minimal göstərici (II gün) isə 91,71 dollar səviyyəsində olub
Ötən həftə ərzində (23-27 oktyabr) dünya bazarlarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 92,95 dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 2,866 dollar və ya 2,99% azdır.
Həftə ərzində ən yüksək göstərici (I gün) – 95,54 dollar təşkil edib, ən minimal göstərici (II gün) isə 91,71 dollar səviyyəsində olub.
Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” nefti 44,6% bahalaşıb.