XƏBƏRLƏR / Neft və Qaz

Azərbaycan nefti 81 dollara satılır

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb

Azərbaycan nefti 81 dollara satılır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 3,38 ABŞ dolları və ya 4,3 % artaraq 81,29 ABŞ dolları təşkil edib.

    Hərracların nəticələrinə görə, "Brent" markalı neftin sentyabr fyuçerslərinin qiyməti 77,32 ABŞ dolları təşkil edib.

    Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,3 ABŞ dolları və ya 4,4 % artaraq 78,36 ABŞ dolları təşkil edib.

    Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

    Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.