Avropada qazın qiyməti 405 dolları ötüb
Bu öncəki hesablama qiyməti ilə müqayisədə 2,1% çoxdur
Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 405 ABŞ dollarını ötüb.
23 sentyabr tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə oktyabr fyuçerslərinin qiyməti 406 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (397,6 dollar) ilə müqayisədə 2,1% çoxdur.
Qeyd edək ki, 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.