Azərbaycan neftinin qiyməti bir az da ucuzlaşdı
Məlumat Türkiyənin Ceyhan limanındakı FOB bazasından yayılıb

İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,24 ABŞ dolları və ya 0,31% azalaraq 76,61 dollar/barel təşkil edib.
Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,26 dollar və ya 0,35% ucuzlaşaraq 75,13 dollar təşkil edib.
URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,26 dollar və ya 0,43% azalaraq 59,87 dollar/barelə bərabər olub.
Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 0,25 dollar və ya 0,33% azalaraq 74,87 dollar/barel təşkil edib.
Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.