Gələn il “Şahdəniz” yatağından daha çox qaz hasil olunacaq
Bu Hesablama Palatasının rəyindən məlum olub
Gələn il “Şahdəniz” qaz-kondensat yatağından 26,1 mlrd. kubmetr qaz hasil olunacağı gözlənilir, bu da bu ilin proqnoz göstəricisi ilə müqayisədə 3,16% çoxdur.
Bu Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin layihəsinə Hesablama Palatasının rəyindən məlum olub.
Sənədə əsasən, bu il “Şahdəniz”də 25,3 mlrd. kubmetr qaz hasil olunacaq. Ötən il bu göstərici 24 mlrd. kubmetr təşkil edib.
Rəydə o da qeyd olunub ki, 2024-cü ildə yataqda 33,8 mln. barel qaz kondensatı hasil olunacaq ki, bu da cari ilin proqnoz göstəricisi ilə müqayisədə 0,6% azalma deməkdir.
Bildirilib ki, 2023-cü ildə “Şahdəniz” yatağında 34 mln. barel kondensatın hasil olunacağı proqnozlaşdırılır. 2022-ci ildə isə bu göstərici 33,8 mln. barel səviyyəsində idi.