XƏBƏRLƏR / Neft və Qaz

"Ümid-Babək" qaz yatağında qiymətləndirmə quyusu qazılacaq

Bu barədə neft-qaz bazarındakı mənbə məlumat verib

"Ümid-Babək" qaz yatağında qiymətləndirmə quyusu qazılacaq
  • Oxuma müddəti:

    1 dəqiqə

  • "Ümid-Babək" qiymətləndirmə quyusunun qazılması 2025-ci ilin sentyabr ayına planlaşdırılır

    "Ümid Babək" Əməliyyat Şirkəti (UBOC) 2025-ci ilin sentyabrında Xəzər dənizinin Azərbaycan sektorundakı “Ümid-Babək” blokunun “Ümid” yatağında qiymətləndirmə quyusunun qazılmasına başlamağı planlaşdırır.

    Bu barədə neft-qaz bazarındakı mənbə məlumat verib.

    Bildirilir ki, qazma 2025-ci ilin iyununda Azərbaycana gətirilən “Neptune jack-up” qaldırıcı üzən qazma qurğusundan (QÜQQ) istifadə etməklə aparılacaq.

    "Neptun" QÜQQ ilə qiymətləndirmə quyusunun qazılmasına 2025-ci ilin sentyabrında başlanması planlaşdırılır. Quyunun layihə dərinliyi təxminən 7 min metrdir", - mənbə bildirib.

    Bundan əvvəl “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin hesabatına istinadən məlumat verilmişdi ki, “Ümid” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasilata 2027-ci ilə qədər başlanılacaq.

    “Ümid” yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində aprelin 1-nə ümumilikdə 11,2 milyard kubmetr qaz və 1,65 milyon ton qaz kondensatı hasil edilib.

    Azərbaycan Dövlət Neft Şirkətinin ilkin hesablamalarına görə, “Ümid” yatağının Balaxanı VIII, Fasilə (B, C, D), Fasilə E, Nadkirmakinskaya və Podkirmakinskaya laylarındakı ehtiyatları 129 milyard kubmetr qaz və 20 milyon ton kondensat təşkil edir.

    “Ümid” yatağı 2010-cu il noyabrın 24-də kəşf edilib və müstəqillik dövründə Azərbaycanda kəşf edilən ilk qaz-kondensat yatağı olub. 2012-ci ildə istifadəyə verilib.

    “Ümid-Babək” blokunun kəşfiyyatı və işlənməsi üzrə Risk Xidməti Müqaviləsi (RSC) 2017-ci il yanvarın 12-də imzalanıb və 2017-ci ilin may ayında qüvvəyə minib. RSC çərçivəsində UBOC-un səhmdarları bunlardır: SOCAR (80% səhmdə iştirak) və Nobel Upstream (Böyük Britaniya) (20% səhmdə iştirak).