Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,04 ABŞ dolları və ya 0,04% artıb.
Neftin qiyməti 91,19 ABŞ dollarına yüksəlib.
Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib.