Səudiyyə-Küveyt sərhədində zəngin neft ehtiyatları tapıldı
Bu barədə Səudiyyə Ərəbistanının rəsmi SPA agentliyi xəbər verir.

Səudiyyə Ərəbistanı və Küveyt bazar ertəsi, mayın 26-da iki ölkə arasında bölünmüş zonada yeni neft ehtiyatlarının kəşf olunduğunu elan ediblər. Bu barədə Səudiyyə Ərəbistanının rəsmi SPA agentliyi xəbər verir.
Agentlik xəbər verir ki, neft hər iki ölkənin hökumətləri tərəfindən Vafra birgə əməliyyatları çərçivəsində “Vafra” yatağından 5 kilometr şimalda yerləşən Şimali Vafra - Burqan yatağında aşkar edilib. Bu, 2020-ci ilin ortalarında Səudiyyə Ərəbistanı və Küveyt arasında ortaq sərhəd bölgəsi olan bölünmüş zonada və ona bitişik dəniz bölgəsində hasilat əməliyyatlarının bərpasından bəri ilk kəşfdir.
“Kəşf hər iki ölkənin etibarlı qlobal enerji təchizatçısı kimi mövqeyinə, kəşfiyyat və hasilat sektorundakı imkanlarına müsbət təsiri baxımından çox əhəmiyyətli hesab edilir”, - deyə SPA bildirib.