Azərbaycan neftinin 1 çəlləyi 110 dollardan baha satılır
Azərbaycan neftinin əvvəlki qiyməti 104,49 ABŞ dolları təşkil edib
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti yenidən bahalaşıb.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 6,02 ABŞ dolları və ya 5,76% artaraq 110,51 ABŞ dolları olub.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 104,49 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Ucuzlaşmaqda olan neft, İran gəmisinin ABŞ donanması tərəfindən ələ keçirməsindən sonra yenə bahalaşmağa başlayıb.
1 dəqiqədən az